“Qatarın hədiyyə etdiyi təyyarə Vaşinqtonu iki düşərgəyə böldü” – Tramp ətrafında qalmaqal böüyür

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, Qətərin ABŞ prezidenti Donald Trampa hədiyyə etdiyi dəbdəbəli Boeing 747 təyyarəsinin Amerika prezident aviaparkına daxil edilməsi Vaşinqtonda ciddi mübahisələrə səbəb olub.

Söhbət Qətər kral ailəsinin 2025-ci ildə Trampa bağışladığı, bazar dəyəri təxminən 400 milyon dollar olan təyyarədən gedir. Demokratlar və hətta bəzi respublikaçılar bu addımı sərt tənqid edərək, bunu prezidentə təsir göstərmək cəhdi kimi qiymətləndiriblər.

Tənqidçilər bildiriblər ki, Yaxın Şərq monarxiyasından belə bahalı hədiyyənin qəbul edilməsi maraqlar toqquşması yaradır. Donald Tramp isə bu iddiaları “cəfəngiyyat” adlandıraraq təyyarəni qəbul etməyə razılıq verib.

Məsələ həm də Trampın prezident təyyarələrinin görünüşünü dəyişmək istəyi fonunda gündəmə gəlib. O, illərlə istifadə olunan ağ-göy rəng dizaynından imtina edərək, təyyarələrin qırmızı, ağ, tünd-göy və qızılı rənglərlə boyanmasını istəyib. Yeni dizayn yalnız bu Boeing 747-yə deyil, yüksəkvəzifəli şəxslərin istifadə etdiyi digər Boeing 757-200 təyyarələrinə də tətbiq olunacaq.

Hazırda təyyarə uçuşlara hazırlığın son mərhələsindədir. Onun ABŞ-ın Müstəqillik Günü – 4 iyul tarixində rəsmi şəkildə təqdim olunacağı planlaşdırılır.

Lakin təyyarənin tam şəkildə “Air Force One” funksiyalarını yerinə yetirməsi üçün ona raketlərdən müdafiə sistemləri, dinləmədən qorunma avadanlıqları və digər məxfi texnologiyalar quraşdırılmalıdır. Buna görə də, hazırda bu təyyarə daha çox siyasi simvol və prestij göstəricisi hesab olunur.

Administrasiya texniki işlərin yaxın vaxtlarda tamamlanacağına ümid etsə də, dəqiq tarix açıqlanmır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş