ABŞ-ın Luiziana ştatında neft emalı zavodunda güclü partlayış və böyük yanğın baş verib

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatının Şalmett şəhərində yerləşən PBF Chalmette Refinery neft emalı zavodunda güclü partlayış baş verib və daha sonra ərazidə böyük yanğın yaranıb. Hadisə barədə Fox 8 telekanalı məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, partlayışdan sonra sənaye obyektinin üzərini qalın qara tüstü bürüyüb. Tüstü bir neçə kilometr məsafədən belə görünəcək qədər geniş yayılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə müəssisə ərazisində intensiv yanğın və tüstünün ətraf bölgəyə sürətlə yayıldığı müşahidə olunub.

Daha sonra yanğınsöndürənlər hadisə yerinə cəlb olunaraq alovu lokallaşdırıb və tam söndürə biliblər. İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə rəsmi açıqlama verilməyib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş