Trampdan diqqətçəkən açıqlamalar: “Atəşkəs 3 gündən daha uzun çəkə bilər”

Nərmin
2 Min Read

İzmedia.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Rusiya-Ukrayna atəşkəsi, İranla danışıqlar və Hörmüz boğazı ilə bağlı mühüm açıqlamalar verib.

Tramp bildirib ki, Rusiya ilə Ukrayna arasında əldə olunan 3 günlük atəşkəsin daha uzun müddət davam etməsi mümkündür. O, həmçinin Almaniyadakı ABŞ hərbi birliklərinin Polşaya köçürülə biləcəyini deyib və İrandan yaxın zamanda cavab gözlədiyini vurğulayıb.

ABŞ Prezidenti qeyd edib ki, İran Vaşinqtonla razılığa gəlməsə, Hörmüz boğazında gəmiçilik azadlığını təmin etməyə yönəlmiş “Azadlıq Layihəsi” əməliyyatı daha geniş formada yenidən başladına bilər.

“Əgər işlər istədiyimiz kimi getməsə, Azadlıq Layihəsinə geri dönə bilərik. Amma bu dəfə bu, ‘Azadlıq Layihəsi Plus’ olacaq. Yəni layihəyə əlavə tədbirlərin də daxil edildiyi daha geniş versiya olacaq”, – deyə Tramp bildirib.

Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp İranın ABŞ-ın münaqişələri dayandırmağa yönəlmiş təklifinə tezliklə cavab verməsini gözlədiklərini söyləyib.

“Düşünürəm ki, bu gecə onlardan cavab alacağıq”, – deyə ABŞ lideri qeyd edib.

İran tərəfinin danışıqları qəsdən uzadıb-uzatmadığı barədə suala isə Tramp “Bunu yaxın zamanda öyrənəcəyik” cavabını verib.

Rusiya və Ukrayna arasında elan edilən 3 günlük atəşkəsə də münasibət bildirən Tramp, atəşkəsin daha uzun davam etməsinin müsbət hal olacağını vurğulayıb.

“İnsan itkisi baxımından bu, İkinci Dünya Müharibəsindən sonra baş verən ən dəhşətli hadisədir. Hər ay 25 min gənc əsgər ölür. Bu, dəlilikdir”, – deyə o əlavə edib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş