izmedia.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Almaniya mediasında iştirak etdiyi televiziya proqramı zamanı Avropanın ən etibarlı orduları barədə açıqlaması ilə gündəmə gəlib.
Nazir çıxışında Avropada real döyüş qabiliyyətinə malik dörd ordu olduğunu bildirib və Türkiyə, Ukrayna, Polşa və Finlandiyanı qeyd edib. Lakin o, Almaniya ordusunu (Bundesver) siyahıya daxil etməyib.
Aparıcının Almaniyanın niyə qeyd olunmaması ilə bağlı sualına Valtonen bir qədər tərəddüdlə cavab verib və mövzudan yayınmağa çalışıb. Daha sonra o, Ukrayna Silahlı Qüvvələrinin hazırkı hərbi potensialını vurğulayaraq mövzunu dəyişib.
Məlumata görə, bu açıqlama Almaniyada və Avropa mətbuatında geniş müzakirələrə səbəb olub. Xüsusilə Berlinin ordusunu gücləndirmə planları fonunda bu “unutqanlıq” diqqət çəkib.
Almaniya tərəfi hələlik rəsmi açıqlama verməyib. Hadisə Avropa ölkələrinin müdafiə siyasəti və hərbi güc balansı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
![]()
