Peskov: Yaxın Şərqdə gərginliyin tezliklə diplomatik yolla həll olunması vacibdir

1 Min Read

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov çərşənbə günü bildirib ki, Moskva Yaxın Şərqdəki gərginliyin mümkün qədər tez diplomatik məcraya keçməsinin vacibliyindən əvvəldən danışıb.

Peskov mətbuat brifinqində qeyd edib: “Xatırlatmaq istəyirəm ki, lap əvvəldən bu eskalasiyanı mümkün qədər tez dinc yola gətirməyin, mümkün qədər tez siyasi və diplomatik təmaslar və danışıqlar yoluna keçməyin vacibliyi barədə danışmışdıq”.

ABŞ prezidenti Donald Trump 7 apreldə İranla iki həftəlik müddətə hərbi əməliyyatların dayandırılması barədə qarşılıqlı qərar qəbul edildiyini açıqlayıb. Onun sözlərinə görə, bu addım Pakistanın Baş naziri Şehbaz Şərif-in təklifindən sonra atılıb və İranın Hörmüz boğazının tam və təhlükəsiz şəkildə açılmasına razılıq verməsindən asılıdır.

İranın dövlət televiziyası isə bildirib ki, Tehran ABŞ-ın “qəbul etməyə məcbur olduğu” 10 maddəlik təklif irəli sürüb. Təklifdə hücumların dayandırılması, Hörmüz boğazı üzərində İranın nəzarətinin qurulması, İran ərazisində uranın zənginləşdirilməsi, sanksiyaların ləğvi, ölkəyə dəyən ziyanın ödənilməsi və ABŞ hərbi qüvvələrinin regiondan çıxarılması kimi məsələlər yer alır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş