izmedia.az xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Böyük Britaniyanın Baş naziri Kir Starmerin yaxın günlərdə istefa verə biləcəyini iddia edib.
Dmitriyevin sözlərinə görə, Leyboristlər Partiyasının yerli seçkilərdə ağır məğlubiyyətindən sonra Starmerə qarşı həm partiya daxilində, həm də hökumətdə ciddi narazılıq yaranıb.
O bildirib ki, Leyboristlər bələdiyyə şuralarında 200-dən çox yer itirib və təşəbbüs Naycel Farajın rəhbərlik etdiyi Reform UK partiyasına keçib. Məlumata görə, artıq təxminən 30 deputat Starmerin istefasını tələb edir.
Kirill Dmitriyev sosial şəbəkədə paylaşım edərək “Starmerin istefası gələn həftəyə planlaşdırılıb” ifadəsini işlədib və bu proqnozu hələ aprel ayında verdiyini xatırladıb.
Qeyd edək ki, Kir Starmer isə daha əvvəl istefa ehtimalını rədd edərək ölkəni “xaosa sürükləmək istəmədiyini” bəyan etmişdi.
![]()
