Norveçli məktəbli təsadüfən 1300 illik vikinq qılıncı tapdı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Norveçdə məktəb ekskursiyası zamanı bir şagird torpaqdan 1300 illik qədim qılınc taparaq arxeoloqları heyrətləndirib.

Hadisə Brandbu kommunasında baş verib. Henrik Refsnes Mortvedt adlı məktəbli kənd ərazisində sinif yoldaşları və müəllimləri ilə gəzərkən torpaqdan çıxan paslı metal parçasını görüb. O, əşyanı diqqətlə torpaqdan çıxardıqdan sonra müəllimlərinə məlumat verib.

Əraziyə gələn arxeoloqlar tapıntının erkən vikinq dövrünə aid nadir tək ağızlı qılınc olduğunu müəyyən ediblər. Mütəxəssislərin sözlərinə görə, silah təxminən eramızın 700-cü illərinə, yəni 1300 il əvvələ aiddir.

Alimlər bildiriblər ki, belə qədim əşyaların şumlanmış torpaqda yaxşı vəziyyətdə qalması olduqca nadir haldır. Qılıncın ölçüsü, forması və metal işlənməsi onun yüksək tarixi dəyərə malik olduğunu göstərir.

Tapıntı daha detallı araşdırma üçün Norveçin paytaxtındakı Mədəni-Tarixi Muzeyə təhvil verilib. Restavratorlar qılıncın ilkin görnüşünü bərpa etməyə və onun hansı döyüşçüyə aid olduğunu müəyyən etməyə çalışacaqlar.

Muzey nümayəndələri məktəblinin əşyanı təmizləmədən mütəxəssislərə təhvil verməsini düzgün addım kimi qiymətləndiriblər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş