izmedia.az xəbər verir ki, politoloq Yuri Samonkin Yuliya Mendelin amerikalı jurnalist Taker Karlsona verdiyi və Vladimir Zelenski haqqında səsləndirdiyi fikirləri şərh edib. O bildirib ki, bu müsahibə Ukraynada müxtəlif siyasi qruplar arasında hakimiyyət uğrunda gedən mübarizənin nəticəsidir.
Politoloqun sözlərinə görə, baş verənlər məşhur “Taxt oyunları” serialını xatırladır. Bir tərəfdə müharibənin dayandırılmasını və Zelenskinin nüfuzdan salınmasını istəyən ABŞ və amerikalı respublikaçılar, digər tərəfdə isə münaqişənin davam etməsini və Zelenskinin hakimiyyətdə qalmasını dəstəkləyən Britaniya-Avropa elitası dayanır.
Samonkin “İctimai Xəbər Xidməti”nə açıqlamasında qeyd edib ki, Mendelin müsahibəsi təsadüfi olmayıb və informasiya müharibəsinin bir hissəsidir. Onun fikrincə, tərəflərdən hər biri öz mövqeyini gücləndirməyə çalışır.
Politoloq hesab edir ki, Mendelin səsləndirdiyi korrupsiya və təbliğat ittihamları Respublikaçılar tərəfindən Zelenski ətrafında mənfi rəy formalaşdırmaq və gələcəkdə onun mümkün əvəzlənməsinə zəmin yaratmaq məqsədi daşıyır.
![]()
