“NATO arxasında etiraz”: Çexiya təzyiqlərə baxmayaraq Ficonun təyyarəsinə Moskva uçuşuna icazə verdi

Nərmin
1 Min Read

Çexiya Slovakiya Baş naziri Robert Ficonun Moskvaya uçan hökumət təyyarəsinin öz hava məkanından keçməsinə icazə verib.

izmedia.az xəbər verir ki, Slovakiya Baş naziri 9 May – Qələbənin 81-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Moskvaya səfər edir və onun təyyarəsi Praqa tərəfindən standart prosedurla təsdiqlənib.

Çexiya Xarici İşlər Nazirliyinin sözçüsü Adam Çerqo bildirib ki, Slovakiya tərəfi uçuş üçün adi qaydada müraciət edib və sorğu heç bir gecikmə və maneə olmadan baxılaraq təsdiqlənib.

Rəsmi Praqa həmçinin Ficonun səfərinin qarşısının alınacağı ilə bağlı yayılan iddiaları təkzib edib və bu məlumatları əsassız adlandırıb.

Bununla belə, Baltik ölkələri – Litva, Latviya və Estoniya – Slovakiya baş nazirinin təyyarəsinə öz hava məkanlarından keçməyə icazə vermədiklərini açıqlayıb. Polşa ilə bağlı isə müraciətin hələlik baxılma mərhələsində olduğu bildirilir.

Robert Fico isə səfəri zamanı Moskva şəhərində “Naməlum Əsgər” məzarını ziyarət edərək İkinci Dünya Müharibəsində həlak olan sovet əsgərlərinin xatirəsini yad edəcəyini, lakin Qırmızı Meydandakı hərbi paradda iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, bu, Ficonun son dövrlərdə Moskvaya etdiyi ikinci səfər olacaq. Ötən il də o, 9 May tədbirlərində iştirak etmiş və həmin vaxt da Baltik ölkələri onun təyyarəsinin hava məkanından keçməsinə icazə verməmişdi.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş