Yaponiya hökuməti Yəməndəki hərbi münaqişənin dərinləşməsi və fəsadlarının qonşu ölkələrə yayılması fonunda humanitar böhranın qarşısını almaq məqsədilə Yəmən və Cibutiyə ümumilikdə 10 milyon dollar həcmində təcili yardım qrantı ayrılmasını təsdiqləyib.
Yaponiya Səfirliliyinin rəsmi bəyanatında bildirilir ki, bu yardım təkcə humanitar dəstək deyil, həm də Tokio və beynəlxalq aləm üçün enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazı və Yaxın Şərq regionunda sülh və sabitliyin qorunmasına yönəlib.
Maliyyə paketinin bölgüsünə əsasən, Yəmən BMT-nin Ümumdünya Ərzaq Proqramı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Beynəlxalq Miqrasiya Təşkilatı xətti ilə 8 milyon dollar, Cibuti isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vasitəsilə 2 milyon dollar dəstək alacaq.
İzmedia.az
![]()

