ABŞ və Çin liderləri Pekində görüşdü

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Donald Trump və Xi Jinping uzun illərdən sonra ilk dəfə Çinin paytaxtı Pekində keçirilən yüksək səviyyəli zirvə çərçivəsində bir araya gəlib.

Məlumata görə, bu görüş 2017-ci ildən bəri ABŞ prezidentinin Çin ərazisinə etdiyi ilk rəsmi səfər hesab olunur.

Görüşdə Yaxın Şərqdəki müharibə, Tayvan məsələsi, ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq kimi mövzuların müzakirə edilməsi gözlənilir.

ABŞ prezidenti çıxışında Çinlə gələcək əməkdaşlığın yüksək potensiala malik olduğunu bildirib və Çin liderini “güclü lider” kimi dəyərləndirib.

Xi Jinping isə ölkələr arasında rəqabət yox, əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüş çərçivəsində havacılıq, enerji və kənd təsərrüfatı sahələrində yeni iqtisadi razılaşmaların imzalanması da gündəmdədir.

Məlumata görə, ABŞ nümayəndə heyətinə bir sıra yüksək vəzifəli rəsmilərlə yanaşı, iri şirkətlərin rəhbərləri də daxil olub.

İzmedia.az xəbər verir ki, görüş iki ölkə arasında gərginliklərin azaldılması və yeni əməkdaşlıq mərhələsinin başlanması baxımından mühüm hesab olunur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş