izmedia.az xəbər verir ki, Nicolas Sarkozy haqqında aparılan “Liviya işi” çərçivəsində Fransa prokurorluğu keçmiş dövlət başçısı üçün 7 il həbs cəzası tələb edib.
Məlumata görə, Sarkozi korrupsiya, cinayət təşkilatı yaratmaq və qanunsuz seçki kampaniyasının maliyyələşdirilməsi ittihamları ilə mühakimə olunur. Prokurorluq onun barəsində həmçinin 300 min avro cərimə və 5 il siyasətlə məşğul olmaq qadağası tətbiq edilməsini istəyib.
Sarkoziyə yaxın şəxslərdən Claude Guéant üçün 6 il həbs, Brice Hortefeux üçün isə 2 ili şərti olmaqla 4 il həbs cəzası tələb olunub.
Bundan başqa, Fransa və Liviya arasında korrupsiya şəbəkəsinin rəhbərləri olmaqda ittiham olunan Bechir Saleh və Alexandre Djouhri barədə də 6 il həbs və 4 milyon avro cərimə istənilib.
![]()
