ABŞ-da Hantavirus şübhəsi ilə 41 nəfər 11 ştat üzrə tibbi nəzarət altına alınıb. Bu addım kruiz gəmisində baş verən ölüm hadisələrindən sonra virusun mümkün yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Rəsmi məlumatlara görə, hazırda ölkə daxilində laboratoriya ilə təsdiqlənmiş yoluxma halı qeydə alınmayıb. Lakin beynəlxalq səviyyədə artıq 10 yoluxma faktı müəyyən edilib və onlardan 3-nün ölüm ilə nəticələndiyi bildirilir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) 41 nəfərin həkim nəzarətində olduğunu açıqlayıb. Bu şəxslərin virusla mümkün təmasda olduğu ehtimal edilir, lakin hələlik ABŞ ərazisində təsdiqlənmiş infeksiya yoxdur.
Təşvişə səbəb kimi Niderland bayrağı altında fəaliyyət göstərən MV “Hondius” kruiz gəmisində baş verən hadisə göstərilir. Gəmi Argentina–Kabo-Verde marşrutu üzrə hərəkət edərkən 3 nəfər həyatını itirib. Gəmi daha sonra Kanar adalarına yan alıb və sərnişinlər təxliyə edilib.
Ümumi məlumatlara görə, qlobal miqyasda 10 yoluxma halı qeydə alınıb. Onlardan 8-i təsdiqlənib, 2-si isə ehtimal kimi qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha əvvəl 11 hal barədə məlumat yayıb və bunların əksəriyyətinin Andes virusu ilə əlaqəli olduğunu bildirib.
Hantaviruslar əsasən gəmiricilərdən insana keçən virus qrupudur. Ştamdan asılı olaraq, bu viruslar böyrək sindromlu hemorragik qızdırma və ya ağır ağciyər sindromuna səbəb ola bilər və bəzi hallarda ölümcül ola bilər.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin bəzi komandirləri hantavirusla yoluxmuş hərbçilərin müalicəsinə məhdudiyyət qoyub.
izmedia.az
![]()
