Axios: Tramp İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edəcək

1 Min Read

ABŞ Prezidenti Donald Trampın bu həftə milli təhlükəsizlik komandası ilə İrana qarşı mümkün hərbi əməliyyatları müzakirə edəcəyi gözlənilir. Bu barədə “Axios” məlumat yayıb.

Məlumata görə, planlar diplomatik danışıqların uğursuzluğu fonunda gündəmə gəlib.

Amerika rəsmiləri bildiriblər ki, Tramp müharibəyə son qoyacaq bir razılaşma əldə etmək istəyir. Lakin İranın ABŞ-ın tələblərini rədd etməsi və Tehranın nüvə proqramı ilə bağlı ciddi güzəştlərə getməməsi hərbi variantın yenidən gündəmə gəlməsinə səbəb olub.

“Trampın çərşənbə axşamı hərbi əməliyyat variantlarını müzakirə etmək üçün ən yüksək səviyyəli milli təhlükəsizlik komandasını Vəziyyət Otağında toplayacağı gözlənilir”, – deyə iki ABŞ rəsmisi “Axios”a bildirib.

Digər bir mənbə isə qeyd edib ki, Tramp şənbə günü Virciniyadakı qolf klubunda milli təhlükəsizlik komandası ilə İrandakı vəziyyəti müzakirə edib.

Görüşdə vitse-prezident Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff iştirak ediblər.

Bundan əlavə, “Axios” yazır ki, Tramp bazar günü İsrailin Baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb və söhbət zamanı İrandakı vəziyyət də müzakirə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş