“Financial Times” qəzeti mənbələrə istinadən xəbər verir ki, Yaxın Şərqdəki münaqişənin yaratdığı qlobal enerji böhranı yay mövsümü yaxınlaşdıqca yeni mərhələyə keçir.
![]()
Qəzetin məlumatına görə, təxminən 80 ölkə iqtisadiyyatlarını qorumaq məqsədilə təcili tədbirlər həyata keçirib. Aberdeen Management şirkətinin baş iqtisadçısı Pol Diql nəşrə açıqlamasında bildirib ki, Brent markalı neftin bir barelinin qiyməti 180 dollara qədər yüksələ bilər.
Məlumata əsasən, kondisionerlərdən istifadənin artması və vətəndaşların xarici səyahətlərə artan tələbatı fonunda neft, dizel və aviasiya yanacağı tədarükü ilə bağlı vəziyyət daha da çətinləşə bilər.
Nəşr qeyd edir ki, iqtisadçılar qlobal ehtiyatların müşahidələr tarixində rekord sürətlə azalması səbəbindən neft qiymətlərində yeni artım ehtimalını istisna etmirlər.
Qəzetin sitat gətirdiyi Avropa Nəqliyyat və Turizm Komissarı Apostolos Tsitsikostas bildirib ki, Yaxın Şərqdəki münaqişə yaxın həftələr ərzində həll olunmasa, “qlobal tənəzzül qaçılmaz ola bilər”.
İzmedia.az
![]()
Sign in to your account