Tarixçi-araşdırmaçı Elşad Əmənovdan tariximizə növbəti dəyərli töhfə!

1 Min Read

“18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə uzun illər Cəlilabad rayonunun Şatırlı kənd məktəbində tarix müəllimi kimi fəaliyyət göstərmiş tarixçi-araşdırmaçı Elşad Əmənov Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə daha 48 eksponat təhvil verib. Eksponatların tarixi 6000 il əvvəldən XX əsrin ortalarına qədər olması təxmin edilir.

İzmedia.Az bildirir ki, bununla da Elşad müəllimin 40 il ərzində muzeyə təqdim etdiyi eksponatların sayı 1275-ə çatıb.

Qeyd edək ki, 1982-ci ildə təsis edilmiş Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində hazırda ümumilikdə 5149 eksponat qorunub saxlanılır.

Tariximizin, milli-mədəni irsimizin qorunmasına verdiyi misilsiz töhfələrə görə Elşad Əmənova təşəkkür edir, fəaliyyətində uğurlar arzulayırıq.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş