izmedia.az xəbər verir ki, Rusiyada 2027-ci ildən etibarən bank hesabı və əmanət açmaq üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN/İNН) məcburi tələbə çevriləcək.
Məlumata görə, yeni qayda həm yeni açılan, həm də artıq mövcud olan bank hesablarına şamil ediləcək.
Ekspert Maqomed Qamzayev bildirib ki, əsas məqsəd maliyyə əməliyyatlarının şəffaflığını artırmaq və cinayət sxemlərində istifadə olunan saxta vasitəçilərin fəaliyyətini çətinləşdirməkdir.
Qeyd olunub ki, VÖEN daimi identifikasiya vasitəsi kimi istifadə ediləcək və bu, banklara müxtəlif maliyyə qurumlarında həyata keçirilən əməliyyatları müqayisə etməyə imkan verəcək.
Bundan əlavə, 2026-cı ilin iyulundan etibarən Sürətli Ödəniş Sistemi vasitəsilə edilən köçürmələrdə də VÖEN-in mərhələli şəkildə tətbiqinə başlanacaq.
Ekspertlərin fikrincə, qanuna əməl edən vətəndaşlar üçün ciddi dəyişiklik olmayacaq, çünki banklar məlumatların böyük hissəsini avtomatik yeniləyə biləcəklər.
![]()
