Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putinin Qələbə Günü münasibətilə elan etdiyi atəşkəsə uyğun olaraq bütün Rusiya döyüş qrupları döyüş əməliyyatlarını tamamilə dayandırıb və 8 may tarixindən etibarən mövqelərində qalıb.
Məlumata əsasən, xüsusi hərbi əməliyyat zonasında atəşkəs Moskva vaxtı ilə 8 may saat 00:00-dan qüvvəyə minib.
Bu arada, Ukrayna ordusunun Belqorod və Kursk vilayətlərinin sərhəd bölgələrində Rusiya mövqelərinə və mülki obyektlərinə zərbələr endirməyə davam etdiyi bildirilib. Rusiya Müdafiə Nazirliyi ümumilikdə Kiyev tərəfindən 1365 atəşkəs pozuntusu qeydə alındığını açıqlayıb.
Nazirliyin məlumatında qeyd olunur ki, Ukrayna silahlı birləşmələri pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə hücumları davam etdirib.
Rusiya tərəfi isə bildirir ki, Kiyevin atəşkəs pozuntularına cavab olaraq Rusiya qoşunları “ardıcıl hərəkətlər” həyata keçirib.
izmedia.az
![]()

