Tramp administrasiyası 10 minə qədər Cənubi Afrikalı ağdərili qaçqını qəbul etməyi planlaşdırır

1 Min Read

“Associated Press” agentliyinin məlumatına görə, Tramp administrasiyası yaxın aylarda ABŞ-a əlavə 10.000 ağdərili Cənubi Afrikalı qaçqının qəbulunu nəzərdən keçirir.

Məlumata əsasən, bu şəxslər öz ölkələrində ayrı-seçkilik və təqiblərlə üzləşdiklərini iddia edirlər. Lakin Cənubi Afrika hökuməti bu iddiaları əsassız hesab edir.

ABŞ Prezidenti Donald Tramp isə ağdərili afrikaner azlığının xüsusilə kənd təsərrüfatı icmalarında zorakılıq və sistemli ayrı-seçkiliklə üzləşdiyini bildirib. Bu mövqe ABŞ-ın Cənubi Afrikaya yardım siyasətinə də təsir edib.

ABŞ Dövlət Departamenti Konqresə göndərdiyi məlumatda bildirib ki, cari maliyyə ilində Cənubi Afrikadan 17.500 nəfərə qədər afrikanerin qaçqın kimi qəbul edilməsi planlaşdırılır. Əvvəlki plan 7.500 nəfər nəzərdə tutsa da, sonradan bu rəqəm artırılıb.

Administrasiya Cənubi Afrika rəsmilərinin bəyanatlarının və bəzi hadisələrin ABŞ-ın qaçqın proqramına təsir etdiyini iddia edir. Dövlət Departamenti bəzi hərəkətləri “qəbuledilməz” adlandıraraq, ölkədəki vəziyyətin afrikaner icması üçün riskləri artırdığını bildirib.

Məlumata görə, proqramın əlavə 10.000 nəfəri əhatə etməsi təxminən 100 milyon dollar xərc yaradacaq.

Məsələ daha əvvəl Tramp və Cənubi Afrika Prezidenti Siril Ramafosa arasında Ağ Evdə keçirilən görüşdə də müzakirə olunub.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş