İran ordusu: Döyüş hazırlığımız daha yüksək səviyyədə saxlanılacaq

1 Min Read

 

İran ordusunun rəsmi nümayəndəsi bildirib ki, ABŞ ilə əldə olunan razılaşmanın icrası fonunda ölkənin silahlı qüvvələrinin döyüş hazırlığı əvvəlkindən daha yüksək səviyyədə qorunacaq.

Onun sözlərinə görə, Tehran razılaşmaların həyata keçirilməsi dövründə müdafiə qabiliyyətlərini daha da gücləndirəcək.

Fars News Agencynin yaydığı məlumata görə, İran tərəfi xəbərdarlıq edib ki, əgər qarşı tərəf razılaşmanı və ya anlaşma memorandumunu pozarsa, regiondakı hərbi vəziyyət sürətli və qəti şəkildə razılaşmadan əvvəlki vəziyyətə qaytarılacaq.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş