Türkiyənin cənubunda silahlı hücum: keçmiş həyat yoldaşını öldürən şəxs 5 nəfərin həyatına son qoydu

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Türkiyənin Mersin vilayətində silahlı şəxs bir neçə fərqli məkanda insanlara atəş açıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 8 nəfər isə yaralanıb.

Məlumata görə, hücum edən şəxs əvvəlcə keçmiş həyat yoldaşını qətlə yetirib. Daha sonra o, yerli sakin Sabri Pana məxsus restorana gedərək oradakı şəxslərə atəş açıb.

Hadisə zamanı restoran sahibi Sabri Pan xəstəxanada həyatını itirib, işçi Ahmet Ercan Can isə hadisə yerində ölüb.

Şübhəli daha sonra avtomobillə hadisə yerindən uzaqlaşaraq çoban Yusuf Oktay və yük maşını sürücüsü Abdullah Kocanı da öldürüb.

Silahlı hücumlar nəticəsində yaralanan 8 nəfər xəstəxanaya çatdırılıb. Türkiyə polisi hadisə ilə bağlı araşdırma aparır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş