Alman avtomobil sənayesi çətin vəziyyətdə: Rusiyaya qarşı sanksiyalar zavodları vacib çiplərdən məhrum etdi

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Almaniyanın avtomobil sənayesində yeni problemlərə səbəb olub.

Məlumata görə, Aİ-nin 20-ci sanksiya paketinə Çinin “Yangzhou Yangjie Electronic Technology Co.” şirkətinin də daxil edilməsi Almaniya zavodlarında yarımkeçirici çip çatışmazlığını daha da artırıb.

“Handelsblatt” nəşrinin yazdığına görə, məhz bu şirkət 2025-ci ildə Niderlandın “Nexperia” şirkətində yaranan böhrandan sonra Alman avtomobil istehsalçılarına dəstək verən əsas təchizatçılardan biri idi.

Sənaye nümayəndələri bildirirlər ki, yeni məhdudiyyətlər avtomobil zavodlarının tədarük zəncirinə ciddi təsir göstərib və alternativ təchizatçı tapmaq çətinləşib. Digər istehsalçıların isə artıq tam gücü ilə işlədiyi qeyd olunur.

Ekspertlərin sözlərinə görə, bəzi şirkətlərin ehtiyat çipləri yalnız iyul-oktyabr aylarına qədər kifayət edə bilər.

Qeyd edək ki, Avropa İttifaqı apreldə Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul edib və artıq 21-ci paket üzərində də iş aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş