Britaniya sahillərində zəhərli “əbədi kimyəvi maddələr” aşkarlandı

Nərmin
1 Min Read

izmedia.az xəbər verir ki, Böyük Britaniya sahillərində yerləşən Solent boğazında aparılan araşdırmalar zamanı təhlükəli toksik maddələrin normadan 13 dəfə çox olduğu müəyyən edilib.

Mütəxəssislər su, torpaq və dəniz canlılarından götürülən nümunələrdə yüksək səviyyədə poliftorlu birləşmələr (PFAS) aşkar ediblər. Bu maddələr təbii şəkildə demək olar ki, parçalanmadığı üçün “əbədi kimyəvi maddələr” adlandırılır.

Araşdırmaya görə, zərərli maddələr artıq dəniz qida zəncirinə daxil olub və hətta xüsusi mühafizə olunan akvatoriyalarda da qeydə alınıb.

Alimlərin fikrincə, çirklənmənin əsas mənbələri kanalizasiya axıntıları, təmizləyici qurğular, köhnə tullantı poliqonları və bölgədə yerləşən bəzi hərbi obyektlər ola bilər.

Ekoloqlar bildirirlər ki, PFAS maddələri insan və heyvan orqanizmində toplanaraq ciddi xəstəliklərə səbəb ola bilər. Bu maddələr uzun illər ərzində ətraf mühitdə qalaraq qida zənciri vasitəsilə yayılmağa davam edir.

Mütəxəssislər bölgədə sənaye və hərbi müəssisələr üçün tullantı normalarının yenidən nəzərdən keçirilməsinə çağırış edirlər.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş