ABŞ-da büdcə kəsiri may ayında 292,6 milyard dollar olub

1 Min Read

ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, may ayında federal büdcə kəsiri 292,648 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azdır.

Hesabata əsasən, büdcə gəlirləri 9,6 faiz azalaraq 335,512 milyard dollara enib. Xərclər isə 8,5 faiz azalaraq 628,161 milyard dollar olub.

Milli borca xidmət üzrə faiz ödənişləri 44 faiz artaraq rekord həddə – 133 milyard dollara çatıb.

2026-cı maliyyə ilinin ilk səkkiz ayında ABŞ büdcə kəsiri 1,246 trilyon dollar təşkil edib ki, bu da illik müqayisədə 8,7 faiz azalma deməkdir.

Eyni dövrdə büdcə gəlirləri 3,656 trilyon dollara, xərclər isə 4,902 trilyon dollara yüksələrək rekord göstəricilərə çatıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş