AB-dən İsrailə “Sumud Filosu” aktivistləri ilə bağlı çağırış

Nərmin
1 Min Read

Avropa İttifaqı (AB) İsraili “Küresel Sumud Filosu” aktivistlərinə qarşı münasibətdə beynəlxalq hüquqa uyğun davranmağa çağırıb.

AB Komissiyasının Xarici Əlaqələr üzrə sözçüsü Anouar El Anouni bildirib ki, İsrailin aşırı sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Gvir tərəfindən paylaşılan görüntülərdə aktivistlərə qarşı davranış “tamamilə qəbuledilməzdir”.

El Anouni qeyd edib ki, saxlanılan bütün şəxslərin təhlükəsizliyi, ləyaqəti və beynəlxalq hüquqa uyğun şəkildə rəftar olunması təmin edilməlidir.

“İsrail hökumətini, o cümlədən bəzi AB vətəndaşlarının da olduğu bu aktivistlərin qorunmasını və onlara sayğılı şəkildə davranılmasını təmin etməyə çağırırıq. Bütün saxlanılanların mümkün qədər tez azad edilməsini tələb edirik”, – deyə AB rəsmisi vurğulayıb.

Məlumata görə, Ben-Gvir “X” sosial şəbəkəsində Aşdod limanında saxlanılan aktivistlərlə bağlı görüntüləri paylaşıb. Kadrlarda bir qadın aktivistin “Azad Fələstin” şüarı səsləndirdiyi, daha sonra polis tərəfindən yerə yatırılaraq müdaxilə edildiyi görünür. Videoda Ben-Gvirin “belə davranmaq lazımdır” dediyi də eşidilir.

Hadisə beynəlxalq ictimaiyyətdə geniş reaksiyaya səbəb olub.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş