ABŞ prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının “çox yaxşı keçdiyini” bildirib.
O, jurnalistlərə açıqlamasında deyib: “Prezidentlə çox yaxşı söhbətim oldu, aramızda çox yaxşı münasibətlər var”.
Bununla yanaşı, Axios nəşrinin jurnalisti Barak Ravid mənbələrə istinadən bildirib ki, həmin gün Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə də “uzun və mürəkkəb” telefon danışığı aparıb.
Məlumata görə, tərəflər gələcək addımlarla bağlı ortaq mövqeyə gələ bilməyiblər.
İzmedia.az
![]()

