Tehran ABŞ-nin son təklifini nəzərdən keçirir

1 Min Read

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran ABŞ-ın son təklifinə cavab məsələsini hazırda nəzərdən keçirir.

O bildirib: “14 bənddən ibarət İran qətnaməsinin ilkin mətninə əsasən, tərəflər arasında bir neçə dəfə mesaj mübadiləsi aparılıb”.

“Biz Amerika tərəfinin fikirlərini almışıq və hazırda onları öyrənirik”, – deyə Bəqayi əlavə edib.

Məlumata görə, Vaşinqton və Tehran təklif olunan atəşkəs sənədinin mətni ilə bağlı Pakistan vasitəsilə mesaj mübadiləsi aparırlar.

Bundan əvvəl Tasnim xəbər agentliyi məlumatlı mənbəyə istinadən ABŞ-ın İrana göndərdiyi təkliflərə cavabın Pakistan vasitəsilə çatdırıldığını bildirmişdi.

Mənbənin sözlərinə görə, Tehran təqdim olunan mətni nəzərdən keçirir, lakin hələlik yekun cavab hazırlanmayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş