Bloomberg: İran MQ-9 Reaper dronlarına ciddi zərər vurub

1 Min Read

Bloomberg agentliyinin məlumatına görə, müharibənin başlanğıcından etibarən İran ABŞ ordusu tərəfindən idarə olunan 20-dən çox MQ-9 “Reaper” pilotsuz uçuş aparatını məhv edib. Bu itkilərin ümumi dəyərinin təxminən 1 milyard dollar olduğu bildirilir.

Medianın hesablamalarına əsasən, bu rəqəm Pentaqonun müharibədən əvvəlki MQ-9 ehtiyatının təxminən 20 faizini təşkil edir.

Vəziyyətlə birbaşa tanış olan mənbənin sözlərinə görə, dronların əksəriyyəti uçuş zamanı İran qüvvələrinin atəşi ilə vurulub, bir hissəsi isə yerdə raket zərbələri və ya texniki qəzalar nəticəsində sıradan çıxıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş