ABŞ Prezidenti Donald Tramp cümə axşamı bildirib ki, ABŞ Polşaya əlavə 5000 hərbçi göndərəcək.
Bununla bağlı əvvəlki günlərdə mediada Polşada yerləşdirilməsi planlaşdırılan 4000 ABŞ əsgərinin köçürülməsinin ləğv edildiyi barədə məlumatlar yayılmışdı.
Lakin Pentaqon həmin iddiaları təkzib edərək, Polşadakı 4000 hərbçinin rotasiyası ilə bağlı qərarın qəfil və ya fövqəladə olmadığını açıqlamışdı.
Qurumun izahına görə, Polşa rəhbərliyinin bəzi narahatlıqlarına baxmayaraq, bu addım planlaşdırılmış hərbi rotasiya çərçivəsində həyata keçirilib.
İzmedia.az
![]()

