İkinci Dünya Müharibəsinin ən tanınmış vizual simvollarından biri Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) binasının girişində nümayiş etdirilir. Bu, xorvat antifaşist Stjepan Stevo Filipoviçin 22 may 1942-ci ildə Valyevoda edam olunmazdan əvvəl çəkilmiş məşhur təsviridir.
Şəkildə Filipoviçin boynuna ip bağlanmış vəziyyətdə, son anlarında əllərini havaya qaldırdığı əks olunub. O, 26 yanvar 1916-cı ildə Opuzendə anadan olub və ailəsinin işi ilə əlaqədar Valyevoya köçüb. Orada ona Stevan adı ilə müraciət edilib və həyatı boyu bu adla da tanınıb.
Kommunist Partiyasının fəal üzvü olan Filipoviç Valyevo bölgəsində alman işğalçılarına qarşı müqavimət təşkil edib. 1941-ci ilin Milad gecəsində çetniklər tərəfindən əsir götürülüb, işgəncələrə məruz qaldıqdan sonra Gestapoya təhvil verilib.
Məlumata görə, məşhur fotoşəkil onun edamından bir neçə dəqiqə əvvəl çəkilib. Filipoviçin Opuzendə yerləşən abidəsi 1991-ci ilə qədər mövcud olub, daha sonra sökülüb.
Tarixi mənbələrdə həmçinin qeyd olunur ki, Filipoviç 22 may 1942-ci ildə edam edildiyi gün başqa bir antifaşist döyüşçü Rade Konçar da öldürülüb. Hər iki hadisə fərqli qüvvələr tərəfindən həyata keçirilsə də, eyni tarixdə baş verməsi diqqət çəkən tarixi təsadüf kimi göstərilir.
İzmedia.az
![]()

