Dmitri Medvedev bildirib ki, Nikol Paşinyan Rusiya ilə münasibətləri kəsmək yolunu seçib və bunun qəbul edilməli olduğunu qeyd edib. O, bu fikirləri RİA Novosti-nin sualını cavablandırarkən səsləndirib.
Medvedev daha əvvəl qeyd etmişdi ki, Paşinyan bir tərəfdən Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmağa çalışır, digər tərəfdən isə Avrasiya İqtisadi Birliyi üzvlüyünün üstünlüklərini qorumağa cəhd edir və bu siyasətin “ağrılı eniş”lə nəticələnə biləcəyini vurğulamışdı.
“Nikol Paşinyanın Rusiya ilə münasibətləri kəsmək yolunu tutduğunu birbaşa etiraf etmək lazımdır. Ona elə gəlir ki, Qərbdə müxtəlif siyasi cərəyanlar arasında manevr etməklə və ölkəmizlə münasibətləri bunun naminə qurban verməklə yalançı nüfuz qazanmaq mümkündür”, – deyə Medvedev bildirib.
İzmedia.az
![]()

