“Politico” qəzeti mənbələrə istinadən xəbər verir ki, Avropa Komissiyası sosial medianın uşaqlar üçün təhlükələri ilə bağlı ekspert hesabatı hazırlayıb. Bu, qurumun rəhbəri Ursula fon der Leyenin onlardan istifadəyə ümumavropa yaş məhdudiyyətləri müəyyən etmək səylərinin bir hissəsidir.
Mənbələrə görə, psixoloqlar da daxil olmaqla onlarla mütəxəssis tərəfindən hazırlanan hesabat bazar ertəsi günü dərc olunacaq və Avropa Komissiyası rəhbərinin uşaqların sosial şəbəkələrdən istifadəsinə ümumavropa qadağası tətbiq etmək üçün “yaxşı planlaşdırılmış kampaniyasında əsas addım” olacaq.
Avropalı rəsmilərdən birinin sözlərinə görə, hesabatda “sübut bazası” təqdim etməklə şübhə ilə yanaşan üzv dövlətlərin hökumətlərini belə bir addımın atılmasının zəruriliyinə inandırmaq məqsədi daşıyır.
Von der Leyen sentyabr ayında sosial media istifadəsinə ümumavropa yaş məhdudiyyətlərinin qoyulması ilə bağlı konkret planlar dərc etməyi planlaşdırır. Yeni qaydalar rəqəmsal platformaları yetkinlik yaşına çatmayan uşaqların hesab yaratmasının qarşısını almağa məcbur edə bilər.
Fransa, İspaniya, Almaniya, Danimarka və Yunanıstan da daxil olmaqla bir neçə Aİ ölkəsi artıq uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırmaq üçün öz qaydalarını hazırlayır. Avstraliya dünyada 16 yaşdan kiçik insanların əsas sosial media platformalarında qeydiyyatdan keçməsini qadağan edən ilk ölkə olub.
İzmedia.az
![]()

