Türkiyədə turist avtobusu aşdı: 46 nəfər xəstəxanaya yerləşdirildi

Nərmin
1 Min Read

Türkiyənin qərbində Ankara şəhərindən Çanaqqalaya gedən turist avtobusu yoldan çıxaraq aşıb. Qəza nəticəsində 46 nəfər xəsarət alıb.

Hadisə Çanaqqala vilayətinin Yıldıran kəndi yaxınlığında baş verib. Türkiyənin Türkiye qəzetinin məlumatına görə, avtobus turistlərlə birlikdə məşhur Dardanel boğazı istiqamətində hərəkət edirmiş.

İlkin məlumata əsasən, sürücü naməlum səbəbdən idarəetməni itirib. Nəticədə avtobus magistral yoldan çıxaraq sahəyə düşüb və aşıb. Hadisənin texniki nasazlıq və ya sürücü səhvi səbəbindən baş verdiyi ehtimal edilir, lakin rəsmi qurumlar hələlik qəzanın səbəbini açıqlamayıb.

Qəza zamanı avtobusda olan 45 sərnişin və 28 yaşlı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadaları vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerində xilasedicilər və polis əməkdaşları çalışıb. Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır.

Həkimlərin verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti stabildir və onların həyatı üçün təhlükə yoxdur. Bütün yaralıların müalicəsi davam etdirilir.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş