Tramp: İranın zənginləşdirilmiş uranı məhv ediləcək və ya ABŞ-a veriləcək

1 Min Read

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarının ya utilizasiya məqsədilə ABŞ-a veriləcəyinə, ya da İran İslam Respublikasında və ya digər uyğun bir yerdə məhv ediləcəyinə əminliyini ifadə edib.

ABŞ lideri mayın 25-də Truth Social sosial şəbəkəsində yazıb ki, “zənginləşdirilmiş uran (nüvə tozu) ya dərhal çıxarılaraq məhv edilməsi üçün ABŞ-a təhvil veriləcək, ya da yerində və ya digər uyğun bir məkanda, üstünlük verilən halda İran İslam Respublikası ilə əməkdaşlıq və razılaşma əsasında məhv ediləcək”.

ABŞ Prezidenti həmçinin bu prosesə sahə üzrə ixtisaslaşmış bir təşkilatın müşahidəçi qismində cəlb olunmasını dəstəklədiyini də bildirib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş