İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin kəşfiyyat uğursuzluqları ucbatından uzun müddətdir ki, ciddi səhvlərə yol verdiyini bəyan edib. Nazirin sözlərinə görə, İranla bağlı aparılan siyasət bunun bariz nümunəsidir.
ABŞ-yə xəbərdarlıq edən Əraqçi regionda risklərin artdığını vurğulayıb: “İndi Hörmüz boğazında daha böyük bir səhv hesablama mümkündür. Saxta xəbərlərdən daha pis olan yeganə şey saxta kəşfiyyatdır. Ehtiyatlı olun”.
İzmedia.az
![]()

