Ələt–Astara magistral avtomobil yolunun Astara istiqamətində, yolun 92-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İzmedi.az xəbər verir ki, ilkin məlumata görə, Bakı sakini, 1981-ci il təvəllüdlü Ağayev Kəramət Bəylər oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil idarəetmədən çıxaraq hərəkətdə olan “ATEKA” markalı yük avtomobilinə arxadan çırpılıb.
Qəza nəticəsində “Ford Transit”in sürücüsü, Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Babayev Ələddin İmamverdi oğlu hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

![]()

