ABŞ sərhədinə gedən 265 metrlik gizli tunel aşkarlanıb

Nərmin
1 Min Read

Meksika hüquq-mühafizə orqanları ABŞ sərhədinə uzanan 265 metr uzunluğunda gizli yeraltı tunel aşkar ediblər.

Məlumata görə, tunel Meksikanın Tixuana şəhərinin yaxınlığından başlayaraq ABŞ ərazətinə doğru uzanıb. Yerin təxminən 6 metr dərinliyində yerləşən keçidin qeyri-qanuni sərhəd keçidləri, eləcə də narkotik və digər qanunsuz yüklərin daşınması üçün istifadə edildiyi ehtimal olunur.

Əməliyyat zamanı tuneldən külli miqdarda metamfetamin, döyüş sursatı, mobil telefonlar, bank kartları və digər əşyalar götürülüb.

Meksika polisi hadisə ilə bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları tunelin hansı cinayətkar qruplaşma tərəfindən istifadə edildiyini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, ABŞ-Meksika sərhədində son illərdə narkotik qaçaqmalçılığı və qanunsuz miqrasiya məqsədilə istifadə olunan oxşar yeraltı tunellər dəfələrlə aşkarlanıb.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş