Portuqaliyalı məşqçi José Mourinho onun Real Madrid CF formasında göründüyü videonun həqiqəti əks etdirmədiyini bildirib.
“Portugal Record”un məlumatına görə, Mourinyo hazırda çalışdığı SL Benfica rəhbərliyi ilə əlaqə saxlayaraq videonun çəkilişində iştirak etmədiyini deyib. Onun sözlərinə görə, videoda istifadə olunan səs süni intellekt texnologiyası vasitəsilə yaradılıb.
Xatırladaq ki, ötən gecə Florentino Pérezin prezident seçkiləri kampaniyası çərçivəsində yayımlanan materialda Mourinyonun “Real Madrid” geyimində göründüyü video paylaşılmışdı.
Həmin video Peresin gələn bazar günü keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Mourinyonun yenidən Madrid klubunun baş məşqçisi olacağına işarə kimi təqdim olunmuşdu.
Videoda portuqaliyalı mütəxəssisə aid olduğu iddia edilən “Hələ yazılacaq çoxlu tarix var” ifadəsi yer alıb. Məlumata görə, Mourinyo bu paylaşımın onun iştirakı olmadan hazırlandığını və səsin süni intellekt vasitəsilə yaradıldığını vurğulayıb.
İzmedia.az
![]()

