“Yaxşı Qızın Qətl Bələdçisi” serialının gələcəyi sual altındadır

1 Min Read

“Forbes”in məlumatına görə, davamının çəkiləcəyi gözlənilən “Yaxşı Qızın Qətl Bələdçisi” serialının gələcəyi qeyri-müəyyən olaraq qalır. Birinci mövsümün böyük uğur qazanmasına baxmayaraq, ikinci mövsüm gözlənilən nəticəni verməyib. Bu isə Netflix-in seriala üçüncü mövsüm üçün yaşıl işıq yandırıb-yandırmayacağı ilə bağlı müzakirələri artırıb.

Serialın ilk mövsümü yayımlandıqdan sonra Netflix-in ən çox izlənilən layihələri arasında sürətlə birinci yerə yüksəlmişdi. Lakin ikinci mövsüm daha zəif nəticə göstərib. Yeni mövsüm ilk günlərdə platformanın reytinq cədvəlində doqquzuncu pillədə qərarlaşıb və sonradan yalnız bir pillə irəliləyə bilib.

Maraqlıdır ki, izləyici sayındakı azalma serialın keyfiyyəti ilə əlaqələndirilmir. Əksinə, həm tənqidçilərin, həm də tamaşaçıların rəyləri ikinci mövsümün daha müsbət qarşılandığını göstərir.

Rotten Tomatoes platformasında tənqidçilərin qiymətləndirməsi ilk mövsümdəki 83 faizdən 90 faizə yüksəlib. Tamaşaçı reytinqi isə 68 faizdən 95 faizə çatıb. Bu göstərici Netflix serialları arasında cari ilin ən yüksək nəticələrindən biri hesab olunur.

Buna baxmayaraq, izlənmə göstəricilərinin zəifləməsi serialın üçüncü mövsümünün taleyi ilə bağlı sualları açıq saxlayır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş