Araz çayında suyun səviyyəsi azaldıldı: Məktəblinin axtarışları üçün – FOTO

0 Min Read

İmişli rayonunda Araz çayında boğulan 11-ci sinif şagirdi Turan Mirişlinin axtarışları davam edir.

İzmedia.az-ın məlumatına görə, axtarışların asanlaşdırılması məqsədilə Bəhrəmtəpə Hidroqovşağından Araz çayına buraxılan suyun həcmi azaldılıb və nəticədə çayda suyun səviyyəsi endirilib.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib. Turan Mirişli çaya düşərək boğulub.

Onun tapılması üçün aidiyyəti qurumlar tərəfindən axtarış tədbirləri aparılır.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş