I Cəlilabad Kitab Sərgisi Möhtəşəm Şəkildə Başa Çatı

2 Min Read

5–7 iyun tarixlərində Cəlilabad Rayon İcraHakimiyyəti, “Azərbaycan NəşriyyatlarıAssosiasiyası” İctimai Birliyi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin birgətəşkilatçılığı ilə Cəlilabad rayonunun Heydər Əliyev Seyrəngahında keçirilən I Cəlilabad Kitab Sərgisi böyük uğurla baş tutdu.

Üç gün davam edən sərgi əsl ziyalı bayramına çevrilərək kitabsevərləri, yazarları, oxucuları və rayon ictimaiyyətini bir araya gətirdi. Tədbirin yüksək səviyyədə təşkil olunması və hər gününün böyük coşqu ilə keçməsi bu layihənin Cəlilabadın mədəni həyatında mühüm hadisə olduğunu bir daha sübut etdi.

Bu möhtəşəm tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə, başda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafiq Cəlilova, rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyevə və bütün icra hakimiyyəti kollektivinədəritəşəkkürümüzü bildiririk.

 

Həmçinin Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Ramil Əmənova, Peşə Könüllüləri komandasına, Cəlilabad şəhər bələdiyyəsinin rəhbərliyinə, Vahid Mirzəyevə, Elçin Hüseynova, Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin rəhbəri Fuad Əzizova və kollektivinə, Rayon Kommunal Müəssisəsinin rəisi İslam İsgəndərova və əməkdaşlarına minnətdarlığımızı ifadə edirik.
Tədbirin üç gün ərzində geniş şəkildə işıqlandırılmasına görə TAR TV-nin rəhbəri Marif Bayramova və kollektivinə, Cənub TV-nin rəhbəri Rövşən Mehdiyevə və komandasına, Dünya TV-nin əməkdaşı İlqar Mustafayevə, eləcə də sərgidən yaddaqalan fotolar hazırlayan fotoqraf Musa Gözəlova xüsusi təşəkkürümüzü çatdırırıq.
Bir komanda, bir yumruq kimi birləşərək I Cəlilabad Kitab Sərgisinin uğurla keçirilməsinə töhfə verən hər kəsə Cəlilabad yazarları, kitabsevərlər və oxucular adından dərin minnətdarlığımız.

  bildiririk. Qoy bu birlik və həmrəylik. doğma Cəlilabadımızın inkişafı, mədəniyyətinin və mənəvi dəyərlərinin daha da yüksəlməsi naminə daim davam etsin.Hörmətlə,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı
Qurban Əhməd

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş