Rusiyada müqaviləli hərbçilərin sayı azalır

1 Min Read

Rusiyada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukraynadakı müharibəyə qoşulanların sayı azalmaqda davam edir. Bu barədə Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin ilk rübündə 71,2 min nəfər müqavilə imzaladıqdan sonra birdəfəlik ödəniş alıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.

Bildirilir ki, 2025-ci il ərzində Rusiya Müdafiə Nazirliyi ilə 363,9 min nəfər müqavilə bağlayıb ki, bu da 2024-cü illə müqayisədə 10 faiz azalma deməkdir.

ISW qeyd edir ki, artan itkilər fonunda Kreml yeni hərbçilərin cəlb olunmasında çətinlik çəkir. Buna görə də hakimiyyət müqavilə bonuslarını artırır, ehtiyatlardan istifadə edir və gizli səfərbərlik tədbirlərini genişləndirir.

Analitiklərin fikrincə, şəxsi heyət çatışmazlığı və itkilərin artması Rusiyanı ehtiyatda olan hərbçilərin mərhələli şəkildə orduya cəlb olunmasına hazırlayır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş