Baytarlar sosial şəbəkələrdə yayılan ev heyvanı məsləhətləri barədə xəbərdarlıq edib

1 Min Read

Böyük Britaniyanın Xəstə Heyvanlar üçün Xalq Dispanseri (PDSA) ev heyvanı sahiblərini TikTok və digər sosial şəbəkələrdə yayılan baytarlıq məsləhətlərinə ehtiyatla yanaşmağa çağırıb.

Təşkilat bildirir ki, internetdə yayılan bəzi “evdə müalicə” üsulları heyvanlar üçün təhlükəli ola bilər və hətta ölüm riski yarada bilər. Xüsusilə itlərə ibuprofen verilməsi kimi tövsiyələrin tamamilə yanlış olduğu vurğulanır.

Baytar Ket Henstric qeyd edib ki, ibuprofen bütün ev heyvanları üçün qadağandır, parasetamol isə pişiklər üçün son dərəcə zəhərlidir. Onun sözlərinə görə, dərmanlarla bağlı məsələlərdə əsas məsləhət mənbəyi yalnız baytar olmalıdır.

PDSA baytarı Ketrin Börk isə bildirib ki, insanlar üçün təhlükəsiz olan dərmanlar heyvanlarda ciddi zəhərlənmə və ölümə səbəb ola bilər.

Təşkilat sosial mediada yayılan məlumatların sürətlə dezinformasiyaya çevrildiyini və sahiblərin peşəkar baytarlıq yardımı əvəzinə bu məsləhətlərə güvənməsinin riskli olduğunu vurğulayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş