Manisada məktəb qarşısında silahlı insident: Yaralananlar var

1 Min Read
Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda yerləşən İnci Üzmez Liseyinin qarşısında silahlı hücum baş verib. NTV telekanalının məlumatına görə, səhər saat 08:00 radələrində naməlum şəxs təhsil müəssisəsinin yaxınlığında ətrafdakılara nizamsız şəkildə atəş açıb.
Hadisə nəticəsində şagirdlər də daxil olmaqla 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəstəxanaya çatdırılan yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs ərazidən qaçmağı bacarıb. Hüquq-mühafizə orqanları şübhəlinin saxlanılması üçün xüsusi əməliyyata başlayıb.
İnsident xəbərini alan şagird valideynləri məktəbə axışaraq binaya daxil olmağa cəhd ediblər. Bu zaman ərazidə təhlükəsizliyi təmin edən polis əməkdaşları ilə valideynlər arasında gərginlik və qarşıdurma yaşanıb.
Hazırda təhsil müəssisəsi ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, təcili xidmət əməkdaşları hadisə yerində işləyir.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş