Xavi “Barselona”da arzuolunmaz şəxsə çevrilib

1 Min Read

İspaniyanın AS nəşrinin məlumatına görə, Xavi Hernández “FC Barcelona”da arzuolunmaz şəxsə çevrilib.

Bildirilir ki, Xavi klubun əfsanəvi futbolçularının iştirak etdiyi “Barça Legends” komandasında Mayami və Seulda keçiriləcək son oyunlarda iştirakdan kənarlaşdırılıb.

Məlumata görə, bu qərarın səbəbi Xavinin vaxtilə klub prezidenti Joan Laportaya qarşı seçki kampaniyasında mövqe tutması və Alejandro Echevarría ilə əlaqəli gərginlikdir.

Qeyd olunur ki, Xavi bu vəziyyəti narazılıqla qarşılayıb. Xüsusilə Seuldakı oyunda yaxın dostları Sergio Busquets, Jordi Alba və Javier Mascherano ilə görüşə bilməyəcəyi onu məyus edib.

Məlumata əsasən, “Barselona” rəhbərliyi yaranmış gərginliyi azaltmağa çalışır və bunun müvəqqəti vəziyyət olduğunu bildirir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş