Belarusda süni intellektlə hazırlanan ilk ikona kilsədə təqdis olunub

1 Min Read
Belarusun Novolukoml şəhərində yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində süni intellekt texnologiyasının köməyilə yaradılmış ikona təqdis edilib. “Katolik.life” portalının verdiyi məlumata görə, mübahisəli ikonada “kiberhəvari” kimi tanınan və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilən italyan yeniyetmə Karlo Akutis təsvir olunub.
Proqramlaşdırmanı müstəqil öyrənərək xristianlığı internet üzərindən təbliğ edən Karlo Akutis 2006-cı ildə 15 yaşında leykemiyadan vəfat edib və 2025-ci ilin sentyabrında rəsmi olaraq müqəddəslər sırasına daxil edilib. Süni intellektlə hazırlanan təsvirin kilsənin yan qurbangahında yerləşdirilməsi isə dindarlar arasında ciddi fikir ayrılığına və müzakirələrə səbəb olub. Tənqidçilər kompyuter alqoritmləri ilə yaradılan təsvirin dini kanonlara zidd olduğunu və həqiqi ikona hesab edilə bilməyəcəyini müdafiə edirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş