Ukrayna Qərb tərəfdaşlarından əlavə 20 milyard dollar həcmində hərbi yardım istəməyə hazırlaşır. Bu barədə “Politico” nəşri Ukraynanın yüksək vəzifəli hərbi rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, sözügedən tələb iyunun 18-də Ukrayna üzrə Müdafiə Məsələləri Təmas Qrupunun Ramşteyn formatında keçiriləcək növbəti iclasında təqdim olunacaq.
Məlumata görə, məsələ artıq Ukrayna rəsmiləri tərəfindən Norveç, İsveç, Almaniya və Kanadadan olan nümayəndələrlə keçirilən görüşlərdə müzakirə edilib.
Almaniya Sosial Ədalət və İqtisadi Səbəb Birliyi Partiyasının lideri Sara Vagenknext isə Almaniya və Baltikyanı ölkələri sərt tənqid edərək, digər Avropa ölkələrinin Ukraynadakı hərbi əməliyyatları maliyyələşdirmək istəmədiyini bildirib.
Qeyd edək ki, Avropa Komissiyası Ukraynaya 2026–2027-ci illər üçün nəzərdə tutulan 90 milyard avroluq kredit proqramı çərçivəsində 3,2 milyard avro ayırmaqla bağlı danışıqları başa çatdırıb.
İzmedia.az
![]()

