ABŞ Müdafiə Nazirliyi Konqresdən İrana qarşı hərbi əməliyyatlar və digər xərclər üçün əlavə 80 milyard dollar maliyyələşdirmə tələb edib.
Bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu həftənin əvvəlində ABŞ müdafiə nazirinin müavini Stephen Feinberg Konqres üzvləri ilə telefon danışığı apararaq Pentaqonun maliyyə ehtiyacları barədə məlumat verib.
Bildirilib ki, əlavə vəsait təsdiqlənməzsə, Pentaqon yay aylarında maliyyə çatışmazlığı ilə üzləşə bilər.
Qəzetin yazdığına görə, bu halda ABŞ ordusu hərbi təlimlər də daxil olmaqla bir sıra proqramları ixtisar etməyə məcbur qala bilər.
İzmedia.az
![]()

