Rusiya Pasxa atəşkəsi elan edib

1 Min Read

Rusiya 11 aprel Moskva vaxtı ilə saat 16:00-dan başlayaraq 12 aprelin sonuna qədər qüvvədə olacaq Pasxa atəşkəsi çərçivəsində bütün hərbi əməliyyatları dayandıracağını açıqlayıb.

Kremlin mətbuat xidməti daha əvvəl Vladimir Putinin Pasxa atəşkəsi elan etdiyini bildirib.

Bundan sonra Volodimir Zelenski də Ukraynanın bu təşəbbüsə uyğun hərəkət etməyə hazır olduğunu açıqlayıb.

Məlumata görə, rus qoşunlarına bütün istiqamətlərdə hərbi əməliyyatları dayandırmaq tapşırılıb, eyni zamanda mümkün hücumlara qarşı hazır vəziyyətdə olmaları əmr edilib.

Qeyd edək ki, 2025-ci ildə də Rusiya xüsusi hərbi əməliyyat zonasında üç gün davam edən Pasxa atəşkəsi elan etmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş