CNN: Pentaqonun İrana qarşı əməliyyatı 40 milyard dollara başa gələ bilər

1 Min Read

CNN xəbər verir ki, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS)nin məlumatına əsasən, Pentaqonun İrana qarşı mümkün hərbi əməliyyatının ilkin dəyəri ən azı 40 milyard dollar qiymətləndirilir.

Nəşrin məlumatına görə, bu rəqəmə sursat, itirilmiş texnika və hərbi bazaların bərpası xərcləri daxildir.

CSIS-in baş məsləhətçisi Mark Kanzian CNN-ə bildirib ki, hesablamalara ABŞ Müdafiə Nazirliyinin 2026-cı maliyyə ili büdcəsində əvvəlcədən nəzərdə tutulan əməliyyat xərcləri daxil edilməyib. Məlumata görə, ABŞ-ın ümumi müdafiə büdcəsi artıq 1 trilyon dolları keçib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş